525.Az

55 nəfər SAT imtahanı verib


 

55 nəfər SAT imtahanı verib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında SAT imtahanı təşkil olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan verənlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

DİM-dən 525.az-a bildirilib ki, imtahanda 55 nəfər iştirak edib.

Növbəti SAT imtahanının 2022-ci il martın 12-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar.

 





06.12.2021    çap et  çap et