525.Az

"Türkiyə ilə ali təhsil sahəsindəki əməkdaşlığımız yeni mərhələyə qədəm qoyacaq"


 

"Türkiyə ilə ali təhsil sahəsindəki əməkdaşlığımız yeni mərhələyə qədəm qoyacaq"<b style="color:red"></b>

"Ali təhsil sahəsində yeni mərhələ olaraq Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində müzakirələrə başlamışıq”.

Bunu 525.az-a açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib: “Əminəm ki,​ qısa zaman ərzində bu layihənin uğurla həyata keçirilməsini təmin edəcəyik. İki ölkə rəhbərlərinin tapşırığı, siyasi iradəsinin nümayişi nəticəsində azərbaycanlı tələbələr, türkiyəli alimlər, ümumiyyətlə Türkiyə ilə ali təhsil sahəsindəki əməkdaşlığımız yeni mərhələyə qədəm qoyacaq. İnanırıq ki, bu layihə 1-2 illik deyil, daha dayanıqlı təşəbbüsdür. Bu layihə iki qardaş ölkənin bir-birinə daha da yaxınlaşması məqsədi daşıyır”, - nazir qeyd edib.

Sevinc Qarayeva

 





06.12.2021    çap et  çap et