525.Az

Begemotlarda COVID-19 aşkarlanıb


 

Begemotlarda COVID-19 aşkarlanıb<b style="color:red"></b>

Belçikada bir zooparkda iki heyvanın COVID-19 testi müsbət çıxıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Belçikanın Antverpen şəhərində yerləşən zooparkda olan iki begemot koronavirusa yoluxub. İmani və Hermien adlı bu begemotların burunlarından gələn mayedən şübhələnən işçilər begemotları test edib və nəticədə test müsbət çıxıb. 

Heyvanların virusa necə yoluxduqları bilinmir və hadisədən sonra bütün zoopark heyəti yoxlanılıb, ancaq orqanizmlərində virus aşkarlanmayıb. Begemotların vəziyyəti isə normaldır.

Məhəmməd Tağıyev

 





06.12.2021    çap et  çap et