525.Az

Makron qadın rəqibləri ilə mübarizə aparacaq


 

Makron qadın rəqibləri ilə mübarizə aparacaq<b style="color:red"></b>

Fransada sağçı Respublikaçılar Partiyasından olan İle-de-Frans regionunun rəhbəri Valeri Pekrese 2022-ci ilin aprelində keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb.

525.az Fransa mətbuatına istinadən xəbər verir ki, Prezident Emmanuel Makronun ən güclü rəqiblərinin üçü də qadındır. Valeri Pekrese isə prezidentliyə namizəd olan ilk qadın kimi də tarixə düşüb. Makronun digər güclü qadın rəqibləri Sosialist Partiyasının namizədi Paris meri Ann Hidalqo və ifrat sağçı Milli Cəbhə partiyasının lideri Marin Le Pendir. 

"Politico"nun keçirdiyi sorğuya görə, Pekresenin seçkinin ilk turunda 10-11 faiz səs toplayacağı gözlənilir. Lakin Makronun yaxın ətrafı düşünür ki, Pekrese əsl təhlükədir. Sözügedən sorğuda iki turdan ibarət seçkilərin ilk turunda Makron 24-25 faiz, Le Pen 19-20 faiz, irqçi açıqlamaları ilə tanınan jurnalist namizəd Erik Zemmur 13-14 faiz, Hidalqo isə təxminən 5-6 faiz səs alacağı təxmin edilir.

Toğrul İsmayıllı

 





06.12.2021    çap et  çap et