525.Az

Azad edilən ərazilərdə daha 30 mina aşkarlanıb


 

Azad edilən ərazilərdə daha 30 mina aşkarlanıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan 525.az-a verilən məlumata görə, noyabrın 29-dan dekabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 27 mina və 19 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 70 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 





06.12.2021    çap et  çap et