525.Az

Azərbaycan yeni silahlar istehsal edəcək


 

Azərbaycan yeni silahlar istehsal edəcək<b style="color:red"></b>

Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli birlik və müəssisələri tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin “Sifariş”ləri əsasında 67 adda yeni silah və hərbi texnika və digər hərbi əmlakların yaradılması (təcrübi-konstruktor işlərin) aparılması nəzərdə tutulub. Təcrübi-konstruktor işlər başa çatdıqdan sonra istehsal edilərək müvafiq qaydada Silahlı Qüvvələrə təhvil verilir.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə MSN-dən bildirilib.

“Ötən illərdə 156 adda məmulat yaradılıb (təcrübi-konstruktor işlər) və 1000 addan (nomenklaturadan) çox məmulatlar mənimsənilib və Silahlı Qüvvələr bu məmulatlarla təchiz edilib”, - qeyd olunub.

 





06.12.2021    çap et  çap et