525.Az

İraq Rusiya döyüş təyyarələrindən imtina etdi


 

İraq Rusiya döyüş təyyarələrindən imtina etdi<b style="color:red"></b>

Rusiyadan MiQ-29 döyüş təyyarələri almağa qərar verən İraq rəhbərliyi bu qərardan imtina edib. Rəhbərliyin Türkiyədən Bayraktar TB2 tipli pilotsuz uçuş aparatı (PUA) almağı planlaşdırdığı iddia edilib.

525.az-ın Rusiya mətbuatına istinadan verdiyi məlumata görə, İraq Müdafiə Nazirliyinin ölkənin hava məkanının qorunması üçün hökumətdən Rusiya istehsalı olan MiQ-29 döyüş təyyarələri tələb edib. İraq hökumətinin də bu tələb istiqamətində Rusiya ilə əlaqə saxladığı bildirilib. Lakinİraqın Rusiya döyüş təyyarələrinə marağı ABŞ-ın sərt reaksiyasına səbəb olub və İraqın bu qərardan imtina etdiyi iddia edilib. ABŞ-ın reaksiyasına görə İraq Türkiyə istehsalı olan Bayraktar TB2 pilotsuz uçuş aparatı (PUA) almağı qərararlaşdırıb və ölkə səlahiyyətliləri 100 milyon dəyərində Bayraktar TB2 pilotsuz uçuş aparatlarının alınmasına icazə verib. 

Sözügedən büdcəyə uyğun olaraq İraqın Türkiyədən 20 ədəd Bayraktar TB2 almağı planlaşdırdığı bildirilib və PUA-ların nəzarətsiz İraq-Suriya sərhədində, İraqın dağlıq bölgələrində və İraq səhralarında istifadəsi ehtimal edilir. 

Sevil Gülməmmədova

 





06.12.2021    çap et  çap et