|
|
|
|
Danimarkanın baş naziri Mette Frederiksen paytaxt Kopenhagendə alış-veriş edərkən maska taxmayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki,maskasız görüntülənən Frederiksen sosial media hesabında üzrxahlıq mesajı yayımlayıb. Hadisədən sonra baş nazir sosial media hesabında insanlardan üzr istəyib və bunları bildirib:
“Dünən Kopenhagendə bir mağazada alış-veriş edərkən maska taxmağı unutdum. Bilirəm ki, bu tək mənim yox, hər birimizin başına gələ bilər. Buna görə də, əlbəttə ki, üzr istəyirəm və virusun yayılmasının qarşısını almaq üçün gördüyümüz birgə tədbirlərə görə hər kəsə bir daha təşəkkür etmək istəyirəm”.
Toğrul İsmayılov