525.Az

Tramp yeni şirkəti üçün bir milyard dollar aldı


 

Tramp yeni şirkəti üçün bir milyard dollar aldı<b style="color:red"></b>

Prezidentliyi dövründə bütün kritik qərarlarını “Twitter”də açıqlayan ABŞ-ın keçmiş prezidenti Donald Tramp həll yolunu öz platformasını qurmaqda tapıb. 

525.az-ın “Hüriyyet”ə istinadən verdiyi məlumata görə, Trampın yeni sosial media şirkəti olan “Trump Media & Technology Group”dan qeydiyyatdan keçməzdən əvvəl investorlardan 1 milyard dollar toplayacağına dair müqavilələr imzalandığı deyilir. Onun yeni sosial şirkəti 2022-ci ilin əvvəlində "Truth Social" adlı proqramı istifadəyə verəcək.

Tramp “Truth Social” adlı tətbiqi işə salacağını açıqlayanda, "Tətbiq siyasi ideologiyaya görə ayrı-seçkilik etmədən söhbət etməyə imkan verəcək", - deyib. Şirkətin bu gün 4 milyard dollar dəyərində olduğu təxmin edilir.  Bir çox “Wall Street” firması bu müəssisəyə pul yatırmaqdan imtina edib, lakin bəzi investisiya fondları, ailə biznesləri və yüksək gəlirli şəxslər şirkəti dəstəkləyib.

“Truth Social” adlı proqramın 2022-ci ilin birinci rübündə istifadəyə verilməsi planlaşdırılır. Daha sonra əyləncə və xəbərlər olan və abunəliklə işləyəcək video proqram işə salınacaq.

Sevil Gülməmmədova
 

 





06.12.2021    çap et  çap et