525.Az

Azərbaycan Ordusunun Naxçıvandakı ən yaxşı tank əleyhinə batareyası müəyyənləşib


 

Azərbaycan Ordusunun Naxçıvandakı ən yaxşı tank əleyhinə batareyası müəyyənləşib<b style="color:red"></b>

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən yarışda batareyaların şəxsi heyətinin tam təchizatı, fərdi və qrup halında normativləri yerinə yetirmə bacarıqları yoxlanılıb.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib. Ümumi nəticələrə əsasən tank əleyhinə idarəolunan raketlər batareyası birinci olub.

Qalib batareyanın şəxsi heyəti Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən həvəsləndirilərək mükafatlandırılıb.

 

 





06.12.2021    çap et  çap et