Bursada gəzmək üçün Uludağa gedən həvəskar dağçı itkin düşüb. Onlardan birinin ayağı burxulduğu üçün meşəlik ərazidə çarəsiz qalıblar.
525.az Türkiyə mediasına istinadən bildirir ki, xəbərdarlıq üzərinə hərəkətə keçən axtarış-xilasetmə qrupları çətin iqlim şəraitində aparılan işlər nəticəsində 3 nəfərin olduğu əraziyə çatdığı bildirib. Bursa qubernatoru Yakup Canbolat onların səhhətlərinin yaxşı olduğunu açıqlayıb. Vətəndaşlara lazımi müdaxilələrin edildiyini izah edən Canbolat, "Üç nəfərin də səhhəti yaxşıdır. Görünür, heç bir problem yoxdur. Qruplar vəziyyəti qiymətləndirirlər. Günortadan sonra yenidən yola çıxa bilərlər", - deyib.
Otellər bölgəsindən zirvə nöqtəsinə gedən üç həvəskar alpinist Ahmet Çakırer, Əli Can və Ömür Böyüköztürk adlı şəxslər olub. Onlar Kiçik Zirvə ilə Böyük Zirvə arasında köməksiz qalıblar.
Toğrul İsmayılov