525.Az

Uludağda xilasetmə əməliyyatı - İtkin düşən 3 nəfər tapılıb


 

Uludağda xilasetmə əməliyyatı - <b style="color:red"> İtkin düşən 3 nəfər tapılıb</b>

Bursada gəzmək üçün Uludağa gedən həvəskar dağçı itkin düşüb. Onlardan  birinin ayağı burxulduğu üçün meşəlik ərazidə çarəsiz qalıblar. 

525.az Türkiyə mediasına istinadən bildirir ki, xəbərdarlıq üzərinə hərəkətə keçən axtarış-xilasetmə qrupları çətin iqlim şəraitində aparılan işlər nəticəsində 3 nəfərin olduğu əraziyə çatdığı bildirib. Bursa qubernatoru Yakup Canbolat onların səhhətlərinin yaxşı olduğunu açıqlayıb.  Vətəndaşlara lazımi müdaxilələrin edildiyini izah edən Canbolat, "Üç nəfərin də səhhəti yaxşıdır. Görünür, heç bir problem yoxdur. Qruplar vəziyyəti qiymətləndirirlər. Günortadan sonra yenidən yola çıxa bilərlər", - deyib.

Otellər bölgəsindən zirvə nöqtəsinə gedən üç həvəskar alpinist Ahmet Çakırer, Əli Can  və Ömür Böyüköztürk  adlı şəxslər olub. Onlar  Kiçik Zirvə ilə Böyük Zirvə arasında köməksiz qalıblar.

Toğrul İsmayılov
 

 





06.12.2021    çap et  çap et