525.Az

Müdafiə nazirinin müavini Moskvaya səfər edib


 

Müdafiə nazirinin müavini Moskvaya səfər edib<b style="color:red"></b>

Dekabrın 6-da müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 14-cü iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, səfər dekabrın 9-dək davam edəcək.

 





06.12.2021    çap et  çap et