525.Az

"Bakıda məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı araşdırma aparılır"


 

"Bakıda məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı araşdırma aparılır"<b style="color:red"></b>

"Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir".

Bunu 525.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, rayon polisin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir: "Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".

 





07.12.2021    çap et  çap et