525.Az

Bu il girov götürmə faktı qeydə alınmayıb


 

 Bu il girov götürmə faktı qeydə alınmayıb<b style="color:red"></b>

"Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda adamların girov götürülməsi faktı qeydə alınmayıb”.

525.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, 2021-ci ilin ötən dövründə cinayətlərin açılma faizi orta hesabla 90 faizə yaxındır: “Elə cinayətlər var ki, xüsusən şəxsiyyət əleyhinə olan cinayətlərin 100 faiz açılması təmin edilib. Bu il adamların girov götürülməsi faktı qeydə alınmayıb”.

 





07.12.2021    çap et  çap et