https://525.az/img/pics/medium/2022-03/220713_pqe3s6s2c5.jpeg Sözün ucalığına doğru - Eldar İskəndərzadənin 60 yaşına
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Yusif Həsənbəy dəst-xətti: "Can sağlığının sorağında"
https://525.az/img/pics/medium/2023-05/269387_2n0h6e11dm.jpg Dayanan zaman - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-04/310997_ohb5q239fl.jpg "Xaricdə təhsil üzrə Dövlət Proqramı gənclərin inkişafına möhtəşəm dəstəkdir"
search
23 Aprel 2024

Müharibədən əziyyət çəkmiş uşaqların reabilitasiyası üçün maraqlı üsul

BRAZİLİYA RİTMLƏRİ ALTINDA İDMAN MƏŞQLƏRİ

Müharibədən əziyyət çəkmiş uşaqların reabilitasiyası üçün maraqlı üsul

Respublikamızda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Azərbaycan Kapoeyra Federasiyasının birgə təşkilatçılığı ilə "Münaqişədən sonra gənclər və uşaqlara dəstək" adlı lahiyə həyata keçirilir. Bu məqsədlə Azərbaycanın 3 şəhərində kapoeyra idman növü üzrə uşaqlar üçün davamlı məşqlər təşkil edilir.

Xatırladaq ki, kapoeyra Cənubi Amerika döyüş idman növü kimi tanınır. O, vaxtilə Braziliyada qaradərili qulların özünümüdafiə üçün icad etdikləri döyüş fəndlərindən ibarətdir. Kapoyeranın fərqli və maraqlı cəhəti onun öyrənilməsi zamanı rəqs-musiqi ritmlərindən və akrobatik hərəkətlərdən geniş istifadə edilməsidir. Şübhəsiz, bu xüsusiyyət kapoeyranı xüsusən uşaqların psixoloji reabilitasiya məsələlərində müsbət emosiyalar yarada bilən vasitə kimi istifadə edilməsini şərtləndirir.

Sözügedən layihəyə əsasən Gəncə şəhərində də müharibədən əziyyət çəkən uşaq və gənclərə, eləcə də şəhid və qazi övladlarına kapoeyra təlimləri keçilir. İştirakçılarda maraq yaratmaq və məşqləri əyləncəli formada təşkil etmək üçün kapoeyranın özünəməxsus tərzdə olan musiqi və harmoniyasına xüsusi diqqət ayrılır. Gəncədə 30 nəfər uşağın bir neçə qrupda qatıldığı layihə üzrə məşqlər 3 ay davam edəcək. Peşəkar məşqçilər və psixoloqlar onlara təmannasız olaraq öz dəstəklərini göstərirlər.

"Kapoeyra həm idman, həm rəqs, həm də ruhi tarazlıqdır. Bir sözlə, bu, uşaqlara güclü həyati enerji bəxş edir, onların müsbət emosiyalara köklənməsinə yardımçı olur. Çox şadıq ki, müharibənin ağrılarını, xüsusən düşmənin xain raket hücumlarının zərbələrini öz sinəsində hiss etmiş Gəncənin uşaqlarına bu məsələlərdə yardımçı ola bilirik", - deyə Gəncə kapoeyra məktəbinin rəhbəri Şahin Rzayev bildirir.

Layihə üzrə uşaqlar üçün kapoeyra təlimləri Gəncə ilə yanaşı, Bakı və Bərdədə də təşkil edilir.

Zakir MURADOV, 
Gəncə

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.