525.Az

MEK fondlarının zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir


 

MEK fondlarının zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir<b style="color:red"></b>

Azərbaycan Milli ElmlərAkademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) fondlarının zənginləşdirilməsi üçün beynəlxalq mübadilə çərçivəsində yeni nəşrlər daxil olmaqda davam edir.

525.az xəbər verir ki, bu günlərdə MEK-ə Şotlandiya, Yaponiya, Almaniya və Türkiyədən ingilis, alman, ispan və türk dillərində elmi nəşrlər təqdim olunub.

Nəşrlər sırasında Şotlandiyanın Milli Kitabxanasından “The Royal Society of Edinburgh” (Edinburq Kral Cəmiyyəti), Yaponiyanın Riyaziyyat Cəmiyyətindən “Journal of Mathematical Sciences” (Riyaziyyat Elmləri Jurnalı), Meksika Milli Astronomiya Rəsədxanası Astronomiya İnstitutunda nastronomiya və astrofizika jurnalı,  habelə,  Almaniyanın Senkenberq Tədqiqat İnstitutu və Təbiətşünaslıq Muzeyindən “Palaeo biodiversity and Palaeo environments” (Palaeo biomüxtəliflik və Palaeo mühitlər), Türk Ocaqları təşkilatından “Türk Dünyası Araştırmaları” kimi müxtəlif  jurnallar daxil olub. 

Jurnallarda riyaziyyat, zoologiya, biologiya, dənizçilik, genetika, tarix barədə elmi məqalələr öz əksini tapıb.

Tədqiqatçılar üçün qiymətli mənbə hesab edilən bu nəşrlər, MEK-də öz oxucularını gözləyir.
 

 





07.12.2021    çap et  çap et