525.Az

Putin və Bayden arasında görüş başlayıb


 

Putin və Bayden arasında görüş başlayıb<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

525.az xəbər verir ki, Putin-Bayden danışıqları videokonfrans formatında keçirilir.

Danışıqlarda əsasən ikitərəfli münasibətlər, Ukrayna münaqişəsi, NATO-nun şərqə, Rusiya sərhədlərinə doğru irəliləməsi məsələləri müzakirə olunur.

Danışıqlarda V. Putin və C. Bayden təkbətək iştirak edirlər.

Rusiya və ABŞ liderləri bir-birlərini salamlayıb. ABŞ Prezidenti rusiyalı həmkarını görməyə şad olduğunu, “Böyük İyirmilik” ölkələri liderlərinin sammitində görüşlərinin baş tutmamasına görə təəssüfləndiyini vurğulayıb.

 





07.12.2021    çap et  çap et