|
|
|
|
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin informasiya sistemləri və ehtiyatları mərhələli “Hökumət buludu”na keçəcək.
525.az xəbər verir ki, Nazirlər Kabineti bununla əlaqədar “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na müvafiq dəyişiklik edib.
Bununla da Azərbaycanda informasiya sistemləri və ehtiyatları mərhələli “Hökumət buludu”na keçəcək dövlət qurumlarının sayı 90-a çatıb.