525.Az

Qaçaqmal daşıyan gəmi aşkar edilib - Foto


 

Qaçaqmal daşıyan gəmi aşkar edilib -<b style="color:red"> Foto</b>

ABŞ-da bir gəminin konteynerlərində minlərlə oğurlanmış və saxta əşyalar aşkarlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ gömrük idarəsi və Sərhəd mühafizəsi Los Anceles limanında bir gəmini yoxlamaq üçün saxlayıb. Yoxlama zamanı isə gəmidə saxta dizayner əşyaları tapılıb. Konteynerlərdə dünyaca məşhur markaların - “Gucci", "Louis Vuitton", Stefano Ricci"nin saxta loqolarını daşıyan şalvar, köynək və digər geyim növləri aşkarlanıb. Çindən Sakit okean yolu ilə gələn gəmidə 13 mindən çox məhsul olub. Bu məhsulların pərakəndə qiyməti isə təxminən 30 milyon dollardan çoxdur.

Qeyd edək ki, ABŞ hökuməti son illərdə ölkədə qaçaqmalçılığı azaltmağı bacarıb.

Məhəmməd Tağıyev

 





07.12.2021    çap et  çap et