525.Az

Körpələr səhvən koronavirusa qarşı peyvənd edildi


 

Körpələr səhvən koronavirusa qarşı peyvənd edildi<b style="color:red"></b>

Braziliyada 2 və 4 aylıq iki körpəyə təsadüfən Pfizer/BioNTech tərəfindən hazırlanmış koronavirus peyvəndi vurulub. Körpələr xəstəxanada nəzarət altına alınıb.

525.az-ın “Hüriyyet”ə istinadən verdiyi məlumata görə, San-Paulu əyalətində yerləşən Sorokaba şəhərindəki sağlamlıq mərkəzində körpələrə Hepatit B peyvəndi olan “Pentavalente” əvəzinə səhvən koronavirus peyvəndi vurulub. 

Peyvənddən sonra qızdırma və qusma kimi əlamətləri olan körpələr xəstəxanada nəzarətə götürülüb.

Xəstəxana rəsmiləri körpələrin iki gün müşahidə altında qalacağını, daha sonra iki həftə evdə həkim nəzarəti altında olacağını bildirib. Hər iki ana körpələrinin vəziyyətinin yaxşılaşdığını bildirib.

Sorocaba yerli hökuməti isə hadisə ilə bağlı inzibati araşdırma başlandığını, körpələrə peyvəndi tətbiq edən tibb bacısının hadisə aydınlaşana qədər peyvənd otağından çıxarıldığını açıqlayıb.

Sevil Gülməmmədova

 





07.12.2021    çap et  çap et