525.Az

Tarixçi alim Aydın Balayev vəfat edib


 

Tarixçi alim Aydın Balayev vəfat edib<b style="color:red"></b>

Tanınmış etnoloq, tarix üzrə elmlər doktoru Aydın Balayev dünyasını dəyişib.

525.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Qeyd edək ki, A.Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib.

O, bir sıra tarixi əsərlərin, elmi araşdırmaların müəllifi olub.

Allah rəhmət eləsin!

 





08.12.2021    çap et  çap et