525.Az

Nazir ölkədə kişi və qadınların əməkhaqlarında fərqin olduğunu bildirib


 

Nazir ölkədə kişi və qadınların əməkhaqlarında fərqin olduğunu bildirib<b style="color:red"></b>


"Məşğulluq" altsistemində 110 min vakansiya qeydiyyata alınıb, hazırda 14 min aktiv vakansiya var.

525.az-ın məlumatına görə, bunu Azərbaycan Karyera İnkişaf Forumunda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, son 4 ildə minimum əmək haqqı 2 dəfə, orta əmək haqqı 4 dəfə artıb:

"Ən əsası median əmək haqqının artırılması məsələsidir. Median əmək haqqı son 4 ildə 75 faiz artıb. Median əmək haqqı aşağı gəlirli insanlar üçün çox əhəmiyyətlidir".

S. Babayev deyib ki, Azərbaycanda kişilər və qadınların əməkhaqlarında fərq hələ də qalmaqdadır.

"Bu məsələnin həllini tapması üzərində iş aparılır. Eyni zamanda, qadınların məşğulluq xidmətləri ilə əhatələnməsi artırılmalıdır. Bundan əlavə, hər bir işsiz kimi qeydiyyata alınan şəxsin fərdi məşğulluq planı hazırlanacaq. Aktiv məşğul əhalinin ən azı yarısının işlə təmin olunması nəzərdə tutulub".

Nazir deyib ki, əsas hədəflər “Əmək Münasibətləri” Alt Sisteminin (ƏMAS), ölkənin məşğulluq xəritəsinin, məşğul şəxslərin reyestrinin, qeyri-formal məşğulluğa nəzarət və monitorinq-səyyar yoxlama sistemlərinin, elektron əmək birjasının, Mərkəzləşdirilmiş Karyera Portalının yaradılmasıdır.

Nazir peşəyönümü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması, 1000-dək peşə və kvalifikasiya standartının hazırlanması və s. işlərin davam etdiyini qeyd edib:

"Gələcək fəaliyyətə Karyera Mərkəzinin fəaliyyətə başlaması, uşaqlara peşə vərdişlərinin aşılanması üçün Cənubi Koreya modeli olan karyera şəhərciyinin qurulması, əmək yarmarkalarının təşkili, peşə mobilliyinin genişləndirilməsi və digər tədbirlər də daxildir".

 





08.12.2021    çap et  çap et