525.Az

Azərbaycan “Peşə təhsili üçün eTwinning” mövzusunda beynəlxalq seminarda təmsil olunub


 

Azərbaycan “Peşə təhsili üçün eTwinning” mövzusunda beynəlxalq seminarda təmsil olunub<b style="color:red"></b>

“eTwinning” layihəsi çərçivəsində Albaniyanın Tirana şəhərində “Peşə təhsili üçün eTwinning” mövzusunda əlaqələndirici seminar təşkil edilib.

Təhsil Nazirliyindən 525.az-a bildirilib ki, tədbirin məqsədi peşə təhsili müəssisələrində təhsil işçilərinin ömürboyu təhsil konsepsiyasına və əmək bazarının tələblərinə uyğun zəruri bilik, bacarıq, səriştələrə yiyələnməsi, müstəqil, yaradıcı şəxsiyyət kimi hazırlanması olub.

Beynəlxalq tədbirdə Azərbaycanı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzinin müəllimi Rəşad Çopsiyev təmsil edib. Seminarda Bosniya və Herseqovina, Litva, Kipr, Estoniya və Türkiyənin müəllimləri də iştirak ediblər. Peşə təlimlərinin keyfiyyətinin artırılması istiqamətində tədbir iştirakçıları üçün 4 paraleldə 16 təlim, müzakirə paneli və çıxışlar təşkil olunub.

Tədbir zamanı Azərbaycan təmsilçisi “Müxtəlif məktəblərdən iqlim könüllüləri” mövzusunda Albaniya, Kipr və Estoniya təhsil müəssisələrinin müəllimləri ilə ortaq təhsil layihəsi hazırlayıb. Layihənin əsas məqsədlərindən biri qlobal iqlim dəyişikliyinin təsirlərini azaltmaq və onlara uyğunlaşmaq üçün həllərin hazırlanması istiqamətində bilik, bacarıq və səriştələri formalaşdırmaq olub.

 





08.12.2021    çap et  çap et