525.Az

“Ermənistanın qaldırdığı əsas vəsatət də təmin edilməyib”


 

“Ermənistanın qaldırdığı əsas vəsatət də təmin edilməyib”<b style="color:red"></b>

"Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının qeyri-şərtsiz azadlığa buraxılması və Ermənistana qaytarılması tələbi ilə çıxış etmişdi”.

525.az  xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Qeyd edim ki, Ermənistanın qaldırdığı bir neçə vəsatəti var idisə, ən əsası da bu idi. Oktyabr ayında keçirilən dinləmələr zamanı Ermənistanın nümayəndəsi və vəkilləri onlara ayrılmış vaxtın demək olar ki, mütləq əksəriyyətini bu mözuya həsr etmişdi. Bu da təsadüfü deyil. Bilirsiz ki, Ermənistanın siyasi gündəliyində uzun müddətdir ki, bu şəxslərin Ermənistana qaytarılması bir nömrəli məsələdir”, - o vurğulayıb.

 





08.12.2021    çap et  çap et