525.Az

“YAŞAT”ın bir illik fəlaiyyətinə dair tədbir keçirilir - Yenilənib (Foto)


 

“YAŞAT”ın bir illik fəlaiyyətinə dair tədbir keçirilir - <b style="color:red">Yenilənib (Foto)</b>

“YAŞAT” Fondunun 1 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilir. 

525.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov  və "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov, digər qonaqlar və media nümayəndələri iştirak edirlər. 

Tədbiri Ülvi Mehdiyev açaraq “YAŞAT”ın yaradılması və fəlaiyyəti barədə məlumat verib. Eyni zamanda, bir il ərzində həyata keçirilən işlərdən, yaradılan “8110” qaynar xəttinin əhəmiyyətindən danışıb. Ülvi Mehdiyev bildirib ki, bu günədək Fonda 65 milyon manatdan çox ianə edilib. Onun 50 milyon manatı faktiki istifadə edilib. Təmin edilmiş müraciət sayı isə 15 834-ə çatıb. 

Daha sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edib. Nazir əvvəlcə şəhidlərimizin xatirəsini anıb, döyüşlərdə yaralanan hərbçilərimizdən söz açıb və onlara təşəkkür edib. Çıxışı zamanı Sahil Babayev bir il ərzində nazirliyin öhdəsinə düşən və həyata keçirilən tədbirlərdən bəhs edib. Bu il ərzində şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına verilən mənzillər, həmçinin müharibə əlillərinə avtomobillərin təqdim olunması barədə ümumi statistika barədə məlumat verib. 

Nazir bildirib ki, daima Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılıb. Sahil Babayev Vətən müharibəsində yaralanan qazilərin yüksək texnologiyalı protezlərlə təminindən və onların sosial rifahının yaxşılaşdırılmasından da danışıb. 

Sonda nazir görüləcək işlərin bundan sonra da tam qüvvə ilə davam etdiriləcəyini qeyd edib. Həmçinin Fondu bir illik fəaliyyəti münasibətilə təbrik edib.

Tədbirdə söz alan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov   Vətən müharibəsi və sonrakı  dövrdə xaricdə yaşayan azərbaycanlıların diaspora təşkilatlarımızla birlikdə gördüyü işlərdən söz açıb. O, diaspora fəaliyyətində mərkəzləşmiş, sistemli işin görülməsinin vacibliyini vurğulayıb.

Fuad Muradov bildirib ki, bu il Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil edilib. Marafonun məqsədi qazilərimizə və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışı olub. Bu marafona 63 ölkədə olan həmvətənlərimiz qoşulub və nəticədə “YAŞAT” Fonduna 1 milyondan artıq vəsait köçürülüb.

Afaq Rza

 





08.12.2021    çap et  çap et