525.Az

“Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib”


 

“Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib”<b style="color:red"></b>

 

"YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov tədbirdə çıxış edərək bir il ərzində görülən işlər barədə geniş məlumat bildirib. 

525.az xəbər verir ki, Fondun rəhbəri müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, Məişət şəraitinin yaxşılaşdırılması, Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri, Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması, Düşərgələrin təşkili və digər layihələr haqqında danışıb. 

 O qeyd edib ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 3 012 və yaralıların 2 525 müraciəti olmaqla ümumilikdə 5 537 müraciət təmin edilib. Ümumilikdə 154 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 115-si ölkəyə geri qayıdıb. Hazırda 39 ağır yaralının müalicəsi  Türkiyə Respublikasında davam edir. YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. 10 mart 2021-ci il tarixdə Türkiyə Respublikasından dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib. 

Bundan başqa 28 fevral - 07 mart 2021-ci il tarixlərdə İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib.


Elvin Hüseynov ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən 39 451.41 manat məbləğində “RGO” ortopedik cihazları ölkəmizə gətirildiyini və  avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunduğunu qeyd edib.  Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 270.80 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb.

Əlavə olaraq, 2021-ci ilin 12 avqust tarixində Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən 34 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib. 

Həmçinin 2021-ci ilin 12 avqust tarixində İsrail dövlətindən gələn həkim tərəfindən 9 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.

Afaq Rza
 

 





08.12.2021    çap et  çap et