525.Az

YAP-ın Gəncə və Yasamal şöbələri “Nizami ili” ilə bağlı birgə tədbir keçirdi


 

YAP-ın Gəncə və Yasamal şöbələri “Nizami ili” ilə bağlı birgə tədbir keçirdi<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyasının Gəncə şəhər və Yasamal rayon təşkilatlarının təşəbbüsü və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Nizami Gəncəvi ili" çərçivəsində dahi mütəfəkkirin doğma yurdunda maraqlı görüş keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, YAP fəalları, mədəniyyət və incəsənət adamları, gənclər iştirak ediblər.

Çıxışlarda başa çatmaqda olan il ərzində respublikamızın hər tərəfində davamlı olaraq, dahi mütəfəkkirimizin 880 illiyi münasibətilə rəngarəng tədbirlərin keçirildiyi vurğulanıb.

"Ölkə başçısının bu ili "Nizami Gəncəvi ili" elan etməsi millətimizin öz yüksək mənəvi dəyərlərini, bəşəri keyfiyyətlərini bütün dünyaya bir daha nümayiş etdirməsi baxımından böyük əhəmiyyət daşımış oldu",  deyə Gəncədən seçilmiş millət vəkili Müşfiq Cəfərov qeyd edib.  

Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyası nəznində İncəsənət Gimnaziyasının teatr şöbəsinin şagirdləri tərəfindən "Nizami dühası" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, şairin əsərlərindən səhnələr göstərilib.

"Nizami yurdunda bu dahi şairin adına layiq görüş keçirmək, ona qatılmaq çox xoş və məsuliyyətlidir. Bu torpaqda Nizami ruhu, Nizami sözü hər an hiss olunur. Bizim şagirdlərimiz də Nizaminin doğma yurdunda onun əsərlərini ifa etməkdən məmnun oldular", - deyə gimnaziyanın rəhbəri Aytən Əhmədova bildirib.

Zakir MURADOV, 
Gəncə

 

 





08.12.2021    çap et  çap et