https://525.az/img/pics/medium/2024-04/310578_my8e7ua1yj.jpg “525-ci qəzet”in 19 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
search
19 Aprel 2024
18 Aprel 2024

“Qarabağ” 1-ci olsa nə olacaq, 2-ci olsa nə olacaq? – Püşkatma...

“Qarabağ” 1-ci olsa nə olacaq, 2-ci olsa nə olacaq? – Püşkatma...

 

“Qarabağ” sabah Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq. Ağdam təmsilçisi qrupu 1-ci yerdə başa vurmaq üçün İsveçrədə qarşılaşacağı yerli “Bazel”ə mütləq qalib gəlməlidir. 

525.az qol.az-a istinadən xəbər verir ki, E qrupunda yarışan Qurban Qurbanovun komandası hazırda “Bazel”lə birgə 11 xalla 1-2-ci yerləri bölüşdürür. Lakin ağdamlılar topların nisbətinə görə rəqibdən geri qaldığından sonuncu oyunda qeydə alınacaq mümkün heç-heçə yalnız rəqibin xeyrinə olacaq. Ona görə də 1/8 finala birbaşa vəsiqə qazanmaq üçün son turda “Qarabağ”a qələbə lazımdır. Əks halda “Qarabağ” qrup ikincisi kimi əvvəlcə KL-in pley-offunda (şərti olaraq 1/16 final da adlandırmaq olar) Avropa Liqasında qrup üçüncüsü olan 8 komandadan biri ilə qarşılaşmalı olacaq. 

“Qarabağ” 1/8 finala birbaşa vəsiqə qazanarsa...

Əgər sabah “Bazel” üzərində qələbə qazanılsa, bu halda qrup birincisi olaraq, Ağdam təmsilçisi 1/8 finalın püşkatmasında “səpələnmişlər” səbətində yer alacaq.  Hazırda KL-də 6 komanda birinciliyi təmin edib. Bunlar aşağıda adları qeyd edilənlərdir:
“Alkmaar” (Niderland)    
“Gent” (Belçika)
“Kopenhagen” (Danimarka)
LASK (Avstriya)
“Renn” (Fransa)
“Feyenoord” (Niderland)
Digər iki komanda qrupun sonuncu turunun sabahkı oyunlarından sonra müəyyənləşəcək. Onların rəqibləri pley-offun qalibləri olacaq və “səpələnməmişlər” səbətində yer alacaq (Konfrans Liqasının qrup 2-ciləri və ya Avropa Liqasının qrup 3-cüləri).

“Səpələnmişlər” səbətindəki komandalar iki oyundan ibarət olacaq 1/8 finalda cavab görüşlərini evdə keçirəcəklər. 1/8 finalın püşkatması 2022-ci ilin fevralın 25-də UEFA-nın Nyondakı qərargahında keçiriləcək. Bu mərhələnin oyunları isə 10 və 17 marta nəzərdə tutulub.

“Qarabağ” qrupda 2-ci yeri tutarsa...
Bu halda 1/8 finala gedən “marşrut” uzanacaq. Bunun üçün Ağdam təmsilçisi ilk növbədə Avropa Liqasından Konfrans Liqasına “düşən” 8 komandadan biri ilə qarşılaşmalıdır. Hazırda Avroliqadan qrup üçüncüsü kimi hələlik 2 komandanın KL-in pley-offunda oynayacağı dəqiqdir. Bunlar “Seltik” (Şotlandiya) və “Fənərbaxça”dır (Türkiyə). İsrailin “Makkabi” (Tel-Əviv) komandasının isə “pley-off”da KL-nin qrup ikincisi kimi oynayacağı dəqiqləşib.

16 komandanın iştirakı ilə keçiriləcək pley-offun püşkatma mərasimi dekabrın 13-də təşkil olunacaq. Bu zaman KL-in qrup 2-ciləri “səpələnmişlər”, AL-in qrup 3-cüləri isə “səpələnməmişlər” səbətində yer alacaqlar. KL-in qrup ikinciləri cavab görüşlərini evdə keçirəcəklər. 
Pley-offun oyunları isə 2022-ci ilin fevralın 17-si və 24-də keçiriləcək.
Konfrans Liqasının 1/8 finalın eyni ölkəni təmsil edən 2 komanda bir-birinə rəqib ola bilməzlər.
Əlavə edək ki, "Bazel" - "Qarabağ" matçı sabah gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.