525.Az

Latış dilində “Kitabi-Dədə Qorqud” təqdim edilib


 

Latış dilində “Kitabi-Dədə Qorqud” təqdim edilib <b style="color:red"></b>

M. F. Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə latış dilində çap olunmuş “Kitabi-Dədə Qorqud”un təqdimat mərasimi keçirilib.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, mərasimdə Latviyanın keçmiş prezidenti Valdis Zatlers, Latviya səfiri Hardiys Baumanis başqaları iştirak edib.

 

Kitabxananın direktoru Kərim Tahirov deyib ki, “Kitabi-Dədə Qorquddastanının latış dilində çap olunması ideyası Xalq yazıçısı Elçin tərəfindən irəli sürülüb nazirlik bu ideyanı dəstəkləyib.

 

Mədəniyyət turizm nazirinin müavini Sevda MəmmədəliyevaKitabi-Dədə Qorqudun latış dilinə tərcümə olunaraq nəşr edilməsini əlamətdar hadisə kimi dəyərləndirib: “Bu dastan özündə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının möhtəşəm əzəmətli tarixini yaşadır. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyasıdır. Dastanda soykökümüz olan oğuzların dünyagörüşü, həyat tərzi, adət ənənələri, mənəvi dəyərləri bədii şəkildə öz əksini tapıb”.

 

Tədbirdə çıxış edən Latviya Respublikasının sabiq prezidenti Valdis Zatlers, Latviya səfiri Hardiys Baumanis, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli dastanın xarici dillərə tərcüməsinin ölkələr xalqlar arasında körpü olduğunu, iki ölkənin mədəniyyətinin tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

 

Dastanın latış dilinə tərcüməçisi, şair Uldis Berzinş çıxış edərək kitabın ərsəyə gəlməsində köməyi olanlara təşəkkürünü bildirib.

 

 





03.05.2014    çap et  çap et