525.Az

“Zeytun bağları” Azərbaycan zeytununun şöhrəti” müsabiqəsinin qalibləri mükafatlandırıldı


 

“Zeytun bağları” Azərbaycan zeytununun şöhrəti” müsabiqəsinin qalibləri mükafatlandırıldı <b style="color:red"></b>

Dünən Azərbaycan Mətbuat Şurası Azərsun HoldinqinZeytun bağlarıAzərbaycan zeytununun şöhrətiadlı birgə müsabiqəsi üzrə mükafatlandırılma mərasimi keçirilib.

 

- baş tutmuş tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqəyə jurnalist marağının böyük olduğunu vurğulayıb. Yazılarının qəbulunun 2014- il yanvar ayının 1-dən mart ayının 15-dək həyata keçirildiyini bildirib: “Təqdim olunan 58 yazı müvafiq qaydada araşdırılaraq qiymətləndirilib. Mövcud xüsusda bir birinci, iki ikinci, üç üçüncü yerin, o cümlədən on həvəsləndirici mükafat laureatının adı müəyyənləşdirilib”.

 

Şura sədri çıxışında rəhbərlik etdiyi qurumunAzərsun Holdinq əməkdaşlığa hər zaman böyük önəm verdiyini diqqətə çatdırıb. -ninAzərsun Holdinq birgə jurnalistlər üçün bir neçə uğurlu müsabiqə təşkil etdiyindən söz açan Ə.Amaşov bu ənənənin davamlı olmasının Azərbaycan jurnalistikasının ixtisaslaşmasına dəstək baxımından zəruriliyini vurğulayıb.

 

Azərsun Holdinqin İdarə Heyətinin üzvü Ruslan Əliyev təmsil olunduğu qurumun media ilə bağlı layihələrə xüsusi diqqət yetirməsindən söz açıb. Müsabiqəyə marağın böyük olmasını mühüm faktor kimi önə çəkən R.Rəhimov bildirib ki, jurnalistlərin aktivliyi bu kimi təşəbbüslərin gələcək perspektivləri üçün nikbinlik yaradır.

 

Sonra müsabiqə laureatları mükafatlandırılıb. On həvəsləndirici mükafat sahibinin hər birinə 300, üçüncü yer tutmuş 3 nəfərin hər birinə 500, ikinci yerə layiq görülmüş iki jurnalistin hər birinə 700 manat pul mükafatı təqdim olunub. Birinci yerin sahibi isə 1000 manat məbləğində pulla mükafatlandırılıb. Laureatlar həmçininAzərsun Holdinqin yağ məhsullarından ibarət hədiyyə paketini əldə ediblər. Mükafatlar İdarə Heyətinin üzvləri, “Azərsun Holdinqin təmsilçiləri toplantıda iştirak edən kütləvi informasiya vasitələrinin rəhbərləri tərəfindən təqdim olunub.

 

Zeytunun insan orqanizmi üçün faydalı tərəflərinə diqqət çəkənXalq qəzetinin baş redaktor müavini Tahir Aydınoğlu qeyd edib ki, bu bitkinin Azərbaycan üçün tarixi önəmi var. Baş redaktor müavini eyni zamanda vaxtilə ilk milli mətbuat nümunəmiz olanƏkinçiqəzetində zeytunçuluqla bağlı məsələlərə geniş yer verildiyini deyib.

 

Azərsun Holdinqin yağ-məhsul qurupu departamentinin rəhbəri Sənan Orucov holdinqin hazırkı fəaliyyət istiqamətlərindən bəhs edərək görülən işlərin təbliği üçün medianın məsələlərə peşəkar yanaşmasının vacibliyini önə çəkib. Bu baxımdan müsabiqənin mühüm fayda daşıdığını əsaslandırıb.

 

Çıxış edənlərdən sədrinin müavinləriBeynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvü, Orta Asiya Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, həmçininXalq cəbhəsiqəzetinin baş redaktoru Elçin MirzəbəyliZeytun bağlarıAzərbaycan zeytununun şöhrətimüsabiqəsinin əhəmiyyətinə toxunaraq onun jurnalist əməyinin stimullaşdırılmasındakı önəmindən bəhs ediblər. Çıxışlarda habeləAzərsun Holdinqin timsalında böyük şirkətlərin media ilə səmərəli əməkdaşlığının faydalı aspektləri üzərində dayanılıb.

 

Azərsun Holdinqin mətbuat xidmətinin rəhbəri Afiq Səfərov müsabiqəyə təqdim olunan yazıların araşdırılması prosesindən söz açıb. Materialların bir çoxunun mövzuya həssas yanaşma istəyindən qaynaqlandığını əlamətdar cəhət kimi vurğulayan A.Səfərov ekspertlərin mövcud istiqamətdəki qeydləri barədə ümumi məlumat verib.

 

Azərbaycan Mətbuat Şurası Azərsun HoldinqinZeytun bağlarıAzərbaycan zeytununun şöhrətiadlı birgə müsabiqəsi laureatları:

 

 

I yer

 

 

Şirməmməd NəzərliSalamnyus İnformasiya Agentliyi

 

 

II yer

 

 

İsmayıl İsmayılov – “Mediaformu.azsaytı

 

Elxan Salahov – “Həftə içiqəzeti

 

 

III yer

 

 

Səxavət Həmid – “Gündəlik teleqrafqəzeti

 

Zülfiyyə Quliyeva – “Mövqeqəzeti

 

Seymur Yunusov – “İqtisadiyyatqəzeti (marja.az saytı)

 

 

Həvəsləndirici mükafat

 

 

1.         Nizam RzayevLent.az saytı

 

2.         Elçin BayramlıSəda İnformasiya Agentliyi

 

3.         Ülviyyə Tahirqızı – “Xalq cəbhəsiqəzeti

 

4.         Həbibə Abdulla – “Kaspiqəzeti

 

5.         Nail Rəhimzadə – “İki sahilqəzeti

 

6.         Təranə Cəbiyeva – “Respublikaqəzeti

 

7.         Nadir Azəri – “Yeni Azərbaycanqəzeti

 

8.         Mehparə Əliyeva – “Respublikaqəzeti

 

9.         Xalid Kazımov – “Üç nöqtəqəzeti

 

10. Rövşən Rəsulov – “Səsqəzeti

 

 





03.05.2014    çap et  çap et