525.Az

Ağdam Sənaye Parkının infrastrukturu qurulur


 

Ağdam Sənaye Parkının infrastrukturu qurulur<b style="color:red"></b>

Ağdam Sənaye Parkı 190 ha ərazini əhatə edir və artıq 74 ha (birinci mərhələ) ərazi minadan təmizlənib.

525.az-ın "APA-Economics"ə istinadən məlumatına görə, bunu jurnalistlərə İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, sənaye parkı ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədi ilə 350 metr dərinliyində subartezian quyusu qazılıb.

Qeyd edilib ki, ərazidə 10 kV-luq elektrik xətti çəkilib və ərazidə 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb.

 





10.12.2021    çap et  çap et