525.Az

Sertifikatlaşdırılmış turizm bələdçiləri üçün güzəştlər məlum olub


 

Sertifikatlaşdırılmış turizm bələdçiləri üçün güzəştlər məlum olub<b style="color:red"></b>

Turizm bələdçilərinin sertifikatlaşdırılması könüllü olacaq və akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən onların bilik və bacarıqlarının qiymətləndiriliməsi nəticəsində həyata keçiriləcək. 

525.az xəbər verir ki, bu, “Turizm haqqında” qanun layihəsində əksini tapıb. 

Layihəyə əsasən, sertifikatlaşdırılmış turizm bələdçilərinin dövlət və bələdiyyə mülkiyyətinə olan muzey və qalareyalara, həmçinin dövlət qoruqlarına ödənişsiz giriş hüququ olacaq. 

Sertifikatlaşdırılmış turizm bələdçilərinin təbliği üçün dövlət turizm orqanı Turizm Reyestrində formalaşdırılan reytinq cədvəlindən istifadə edəcək.

 





10.12.2021    çap et  çap et