525.Az

Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat müddəti başa çatıb


 

Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat müddəti başa çatıb<b style="color:red"></b>

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat müddəti başa çatıb.

525.az-ın məlumatına görə, sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayınadək olan hissəsini, digər siniflər üçün isə tam proqramı əhatə edəcək.

Sınaq imtahanında coğrafiya fənni üzrə Azərbaycanın iqtisadi rayonlarına dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu yaxınlarda iqtisadi rayonların yeni bölgüsü ilə bağlı ictimaiyyətə təqdim olunan material əsasında tərtib ediləcək. Həmçinin tarix fənni üzrə Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar 2021-ci il “Abituriyent” jurnalının 2-ci sayında verilən material əsasında tərtib ediləcək.

 





11.12.2021    çap et  çap et