525.Az

Bakıda yaşayış binasında yanğın olub


 

Bakıda yaşayış binasında yanğın olub<b style="color:red"></b>

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli kommunal tipli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin divar üzlüyü 4 m² sahədə və binanın dam örtüyü 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən 525.az-a verilən məlumata görə, mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

 





11.12.2021    çap et  çap et