525.Az

Qamət Süleymanovun müavini Adil Rəcəbov polis tərəfindən saxlanılıb


 

Qamət Süleymanovun müavini Adil Rəcəbov polis tərəfindən saxlanılıb<b style="color:red"></b>

“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov polis tərəfindən saxlanılıb.

Bu barədə APA-ya dindarlar məlumat verib. Onların sözlərinə görə, bu gün A. Rəcəbovun Zaqatala rayonunun Muxax kəndində yerləşən mənzilində əməliyyat aparılıb.
 
Əməliyyat nəticəsində A. Rəcəbov saxlanılıb.
 
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya A. Rəcəbovun saxlanılması təsdiqlənib.
 
Lakin bu barədə əlavə açıqlama verilməyib.

 





03.05.2014    çap et  çap et