525.Az

Sabah Brüsseldə Prezident İlham Əliyev və NATO-nun Baş katibi arasında görüş olacaq


 

Sabah Brüsseldə Prezident İlham Əliyev və NATO-nun Baş katibi arasında görüş olacaq<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

525.az xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb. Bildirilib ki, səfər zamanı dövlət başçısı Şimali Atlantik Şuranın iclasında iştirak edəcək.

Bundan başqa, sabah Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq.

Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.

 





13.12.2021    çap et  çap et