525.Az

Bakının mərkəzi küçələrindən birinin adı dəyişdirilib


 

Bakının mərkəzi küçələrindən birinin adı dəyişdirilib<b style="color:red"></b> Bakının mərkəzinə ən yaxın qəsəbə olan Bayılın mərkəzi küçəsinin adı dəyişdirilib. Lent.az-ın məlumatına görə, qəsəbədəki Qurban Abbasov küçəsinin adı dəyişdirilərək Neftçi Qurban edilib. Artıq yeni adı özündə əks etdirən lövhələr də küçə boyunca divarlara bərkidilib.
 
Qeyd edək ki, 2012-ci ildə Dövlət Bayraq Meydanının yaxınlığından 8 zolaqlı yol çəkilənə kimi avtomobillər Bakının mərkəzinə cənub istiqamətindən məhz Qurban Abbasov küçəsi ilə daxil olurdu.
 





05.05.2014    çap et  çap et