525.Az

“Azərbaycan xalqı bu dəstəyi heç zaman unutmayacaq” - Emil Həsənli


 

“Azərbaycan xalqı bu dəstəyi heç zaman unutmayacaq” -<b style="color:red"> Emil Həsənli</b>

Vətən müharibəsində zəfərimizin ildönümü münasibəti ilə Türkiyədə Zəfər Bayramı tədbirləri keçirilib. Tədbirlərdə iştirak edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli səfər barədə Herbiand.az-a müsahibə verib. 525.az həmin müsahibəni təqdim edir:

-Zəfər bayramı tədbirlərini keçirmək təşəbbüsü kim tərəfindən irəli sürülmüşdü?

- Türkiyə Müharib Qazilər Birliyi və birliyin rəhbəri Cumhur Evcil bu təşəbbüslə çıxış etdi və bizim də bu tədbirlərdə iştirak etməyimizi istədiklərini bildirdilər. Biz də bu dəvəti məmnuniyyətlə  qəbul etdik.

- Bu tədbirlərdə Azərbaycandan daha kim iştirak edirdi?

-Tədbirlərdə Azərbaycan tərəfdən mən və hörmətli millət vəkilimiz, Azərbaycandan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iştirak edirdik.

-Türkiyə tərəfindən başqa hansı təşkilatlar və dərnəklər qatılmışdı?

-İstanbulda keçirilən bu tədbirlərdə Türkiyənin hərbi yönümlü QHT-lər, Ehtiyatda Olan Zabitlər Birliyi ,Türkiyə Qazilər Birliyi, Ehtiyatda Olan Gizirlər Birliyi,  Müharibə Əlilləri və Şəhid Ailələri Birliyinin üzvləri iştirak edirdi. Anadolu Aydınlar Ocağı bizim bu tədbiri dəktəkləyirdi. Eyni zamanda Türkiyənin ehtiyatda olan yüksək rütbəli hərbçiləri, müharibə qaziləri, elm adamları da bu tədbirə qatılmışdı.

Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztekin moderatorluğu ilə keçirilən tədbirdə Qənirə Paşayeva da, mən də çıxış etdim. Biz işğal dövrü ərzində bu ərazilərdə törədilən vandalizm aktları, əsrlər boyu ermənilərin azərbaycanlılara, o cümlədən, türklərə qarşı törətdikləri soyqırımılar barədə geniş məruzə etdik.

Daha sonra Türkiyənin təqaüddə olan generalı Osman Qazi Kandemir, Şimali Kipr Türk Cümhuriyyətinin Ankaradakı sabiq səfiri Ahmet Zeki Bulunç 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı zəfərin əhəmiyyətindən danışdılar. Onlar vurğuladı ki, Azərbaycanın bu zəfəri Türk dünyasının dünyaya verdiyi bir mesajdır.

-Tədbirdən sonra sərgi də təşkil olunub...

-Bəli, orada İkinci Qarabağ müharibəsi və şanlı zəfərimizi əks etdirən fotolardan ibarət sərgi də təşkil olundu. Bu sərgidə Vətən müharibəsinin unudulmaz anlarını əks etdirən fotolar nümayiş edildi. Biz bu sərgi ilə 44 gündə yaşadığımız hissləri, həyəcanı Türkiyəli qardaşlarımıza ötürmək istəyirdik.

-Bir qədər də keçirdiyiniz görüşlər barədə məlumat verərdiz. Bildiyimiz qədər həm İstanbulda, həm də Ankarada görüşləriniz olub.

-Sədri olduğum Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin Türkiyənin hərbi yönümlü İctimai birlikləri ilə sıx əlaqələrimiz var. Hər dəfə Türkiyəyə səfər edən zaman belə görüşlər keçirilir. Bu dəfə də Türkiyənin hərbi dərnəklərində müxtəlif görüşlərimiz də oldu. Türkiyə müharibə qaziləri dərnəyinin yeni yaradılmış İstanbul Avcılar şöbəsinin başqanı Nurəddin Ağoğlu ilə görüşümüz baş tutdu. Türkiyə Müharibə Qazilər birliyinin İstanbul şöbəsinin rəhbəri Əhməd Kəndigərli ilə də görüşümüz oldu. Ehtiyatda Olan Zabitlər Birliyində ehtiyyatda olan jandarma generalı Ümid Yılmaz, təşkilatın sabiq başqanı, Kıprıs hərəkatı qazisi ehtiyatda olan general Cumur Elgizlə görüşümüz oldu. Bütün görüşlərdə qardaşlarımıza fəxri fərman, Qarabağ zəfərinin simvolu olan Xarı Bülbül rozetləri  və digər hədiyyələr təqdim olundu.

Türkiyənin Milliyətçi Həkimlər Dərnəyini başqanı Semuh Uşaqlıoğlu ilə də görüşdük. Görüşdə Vətən müharibəsində Azərbaycana dəstək olduqları üçün onlara təşəkkürlərimiz çatdırdım. Semuh Uşaqlıoğluna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim etdik. 

-İstanbul görüşlərindən sonra Ankarada da görüşləriniz olub.

-Ankarada dərnəklərin genel mərkəzlərində və siyasi partiyalarda bir sıra görüşlər keçirdik. 1984-cü ildən fəaliyyət göstərən Müharibə Qazilər Dərnəyinin genel başkanı və idarə heyətinin üzvləri ilə görüşlərimiz oldu. Qeyd etmək istəyirəm ki, bu təşkilatın Türkiyənin bütün bölgələrində şöbələri faəliyyət göstərir. Bundan sonra Ankarada daha bir görüşümüz oldu. Ehtiyatda Olan Zabitlər Birliyinin başqanı  ehtiyatda olan general - pokovnik Ərdoğan Karakuş və birliyin idarə heyətinin üzvləri ilə görüşlərimiz baş tutdu. Bütün bu görüşlərdə Azərbaycana göstərdikləri mənəvi dəstəyə görə, onlar Fəxri Fərman, müxtəlif hədiyyələr və Vətən müharibəsi medalı ilə təltif olundular.

Daha sonra dəvət olunduğumuz Ehtiyatda olan Gizirlər Birliyi qurultayda iştirak etdik. Qurultayda nitq söylədim. Çıxışımda Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığından və bütün sahələri əhatə edən əməkdaşlıqlardan bəhs etdim. Bu qrultay iştirakçılarında xüsusi ovqat yaratdı.

-Siyasi dairələrdə də görüşləriz olduğunu dediniz...

-Milliyətçi Hərakat Partiyasının sədr müavini Dr. Pelin Yılıkilə görüşümüz maraqlı alındı. Bu görüşdə də Vətən müharibəsi vaxtı göstərdikləri mənəvi dəstəyə görə, təşəkkürlərimizi çatdırdıq.

Sonda bir məsələni də demək istəyirəm ki, Vətən müharibəsi vaxtı Türkiyədən çoxsaylı müraciətlər alırdıq. Bu müraciətlərdə Türkiyəli qardaşlarımız həm mənəvi dəstəklərini ifadə edirdilər, həm də Azərbaycan gəlib Vətən müharibəsində bzimlə çiyin-çiyinə vuruşmaq istədikılərini bildirirdilər. Keçirdiyim bütün görüşlərdə belə müraciət edən qardaşlarımızla görüşürdüm. Onların bu dəstəyini xüsusi qeyd edirdim. Və bildirirdim ki, Azərbaycan xalqı bu dəstəyi heç zaman unutmayacaq.

 





14.12.2021    çap et  çap et