525.Az

Bakıda bayram yarmarkaları təşkil olunub


 

Bakıda bayram yarmarkaları təşkil olunub<b style="color:red"></b>

Paytaxtda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına hazırlıq işləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətindən 525.az-a verilən məlumata görə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və paytaxt rayonlarının İcra Hakimiyyətləri tərəfindən şəhərin müxtəlif ərazilərində - parklarda, meydanlarda və küçələrdə hazırlıq işləri, yeni il atributlarının, işıq installasiyalarının və digər bəzəklərin quraşdırılması prosesi aparılır.

Eyni zamanda Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən Bakı şəhərinin 12 rayonu üzrə 20-ə yaxın ünvanda bayram yarmarkaları təşkil olunub.

“Bir daha paytaxt sakinlərindən xahiş edirik ki, Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda pandemiya ilə bağlı müəyyən edilmiş mövcud qaydalara və tələblərə uyğun hərəkət etsinlər, özlərini, ailə üzvlərini və yaxınlarını xəstəliyə yoluxmaqdan qorusunlar”, - məlumatda vurğulanır.

 





14.12.2021    çap et  çap et