525.Az

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut edib”


 

 “Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut edib”<b style="color:red"></b>

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut edib.

525.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi Yens Stoltonberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı 2002-ci ildən başlayıb və bu ilin avqust ayının sonunda başa çatıb.

Azərbaycan Prezidenti vurğulayıb ki, Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edənlərdən olub.

“Bu, birgə işləmək üçün böyük təcrübə idi. Həmçinin bu gün gələcək əməkdaşlıq planlarını müzakirə etmək imkanlarımız oldu”, - Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı Azərbaycanın NATO-nun təlimlərində iştirak etdiyini vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan NATO-nun aktiv və aparıcı üzvü olan Türkiyə ilə birgə təkcə bu il ərzində 7 hərbi təlim keçirib: “Bu, əslində regionda sülhə və stabilliyə xidmət edir”.

 





14.12.2021    çap et  çap et