525.Az

Şair təbiəti, şeir sənəti


 

Şair təbiəti, şeir sənəti <b style="color:red"></b>

 

 

 

Nizaməddin Şəmsizadə

 

professor 

 

 

Böyük tənqidçi, görkəmli şeirşünas B.Belinski yazıb: “Şair sözü yüksək müqəddəs bir sözdür. Bu sözdə ölməyən, əbədi bir şöhrət var”. Mən 40 ildir Ağacəfərəşairdeyə müraciət edirəm. Görəsən, bu sözün müqəddəsliyinə xələl gətirmirəm ki?! Ağacəfər həqiqətən şairdi o, əzmlə bu sözün arxasında durmağı bacarır. O, təbiətən, fitrətən şairdi. 1992-ci ildə onunla İrana gedirdik. Cənubi Astaradan İrana gedən avtobusda həsrətlə Azərbaycan torpaqlarını seyr edirdik. Birdən Ağacəfər bizdən qabaqda oturan yaşıdımızla söhbətə başladı. Məlum oldu ki, Qum universitetinin müəllimidi, özü ədəbiyyatçı. Ağacəfər birdən soruşdu ki, Füzulini tanıyırsan?! Qumlu müəllimyoxcavabı verəndə Ağacəfər coşdu, ta Tehrana kimi dahi Füzulinin qəzəllərini əzbər dedi açmasını, şərhini verdi. Bu, təkcə Ağacəfərin güclü, fenomenal hafizəsi deyil, həm şeirə məhəbbəti, əsl şair istedadı idi. Ağacəfərin poeziyası dünyaya göz açdığı Lerikin balı kimi şipşirin, Lerikin təbiəti kimi kamil, gözəl əsrarəngizdir. Ağacəfər poeziyasına müqəddəslik sanki Babagil ocağından, Cahangir pirindənövliya nəfəsindən gəlir. Ağacəfər bu çətin dünyada ailəsinin poeziyanın müqəddəsliyini inadkar bir inamla qoruyub saxlayır. ŞairSəsimdən yağan yağış” (1998) şeirlər kitabına ön sözündə əslində o poetik məramını, estetik qayəsini şərh edərək yazır: “Şeir şairin özü ilə mübarizəsidir: tam məğlubiyyəti, qəti qələbəsidir. cismani zülmdən, cəhənnəm əzabından əsl şeir yaranır. Fərq burasındadır ki, əgər cəhənnəm əzabında günahlar tərəziyə qoyulursa bədən daşıdığı günahların müqabilində cəzaya məruz qalırsa, şeir könüllü əzabdır, dadlı, ləzzətli, bəlkə şair üçün işıqlı dünyada misli-bərabəri olmayan, Allah tərəfindən təbii kəsilən cəza növüdür.

 

Mən kədərli görünmək naminə kədərin qulpundan yapışmıram. Kədər mənim mayamdı. Mayama haram qatıb başqa cür yaza bilmirəm”. Beləliklə, Ağacəfər, şair kimi, pirdən, həyatdan, 60 illik ömrünün əzablarından həm hamıdan çox sevdiyi dahi Füzulidən gəlir. Füzuli farsca qəzəllərDivanındakı dibaçəsində belə yazıbbilirəm ki, sən dərdli yaranmısan. Dərd isə şairliyin əsas sərmayəsidir”. Dərd, kədər Ağacəfərin içindədi. Onun içində həqiqi, istedadlı sözə qarşı tələbkar, sözə urvat verən bir şair oturub. Ağacəfər hər şeydən öncə həm öz içindən gəlir. Ağacəfər şair doğulub şair doğub. F.Q. LorkanınƏn kədərli sevinc şair olmaqdırsözləri Ağacəfərə yaxşı yaraşır.

 

 

Yəqin ya vulkandan, ya zəlzələdən,

 

Torpaqda yeraltı süxur yaranıb.

 

Mənim gözlərimi qazıb göz yaşı,

 

Dünyada ən dərin çuxur yaranıb.

 

 

Həqiqi şairlər kimi Ağacəfər şeirinin predmeti şairin özüdür. Onun ən yaxşı şeirləri təsvirdən, tərənnümdən öncə özünütəhlildən yaranır. “Bir özümə baş vurdum, özümü tanımaq üçün” – şairin poetik diqqəti özünü tanımağa yönəlir nəticəsi budur: “Ömrü tərsinə çevirib, astarını yaşayıram”.

 

Vaxtilə Oskar Uayld deyirdi: “Sənət çəməndə olmayan çiçəklər bitirməyi, al sapla göydən Ayı yerə endirməyi bacarmalıdır”. Ağacəfər səsindən yağış yağdırır. Bu əsl poeziyadır. Mövcud olanların gerçəkliyini, təbiətin təsviri, cəmiyyətin təhlili nəsrin işidir. O şeyləri ki, insan öz idrakı ilə görür, dərk edir, onun təsvirinə səy göstərir, bu, nəsrə dramaturgiyaya aid bir məsələdir. Xüsusilə lirika mistik, səmavi duyğuların məhsuludur. Lirika yerlə yox, göylə məşğul olur, bəsirət gözü ilə görünənləri vəsf edir.

 

Azərbaycan poeziyasının ən tutumlu lirik-fəlsəfi obrazlarından biri – “Daşdır. M.Ə.Sabirin, Əli Kərimin məşhurDaşşeirləri var. Dahi SabirDaş qəlbli insanlarıçarmıxa çəkdi. Onun müasiri, böyük romantik HadiDaşa dersəm eşidir, sonra verir əks-səda, daşa dönmüşlərə əks eyləmədi fəryadımdeyə səfil həyat keçirdi. Poeziyamızda M.ArazınVətən daşlarısilsiləsi, “Bir qayaya söykənmişəm deyirəm kaş, bax beləcə daşa dönəm yavaş-yavaş”, yaxudGözünü sıx, hansı daşda su yansa, o daş altda Məmməd Araz yaşayırmisraları da var. Bu ənənəni özünəməxsus ləyaqətlə davam etdirən Ağacəfər daşı yaddaşla belə birləşdirir:

 

 

İnanan daşa dönsün

 

A daş, bəlkə insansan

 

Daşa dönmüsən,

 

Kaş, mən daş olaydım.

 

Rahat bardaş quraydım.

 

A daş, necə barışırsan daşlığınla

 

Daşsan, bildim...

 

Məgər ürəyin daşdı?

 

Suyun, çörəyin daşdı,

 

İnanan daşa dönsün”.

 

 

Bu şeirdə məşhur bir deyimİnanan daşa dönsüntamamilə yeni poetik məna kəsb edir, faktiki olaraq obraz yaratmaq funksiyası daşıyır.

 

Söz Ağacəfərin and yeridir: “And olsun sözə! Sözdən umduğumu doğmalardan ummamışamdeyir şair (“Ölüm yatağı”).

 

Elə bilirəm ki, bu gözəl anddır: And olsun haqq sözə! Söz Tanrıdan gəlir; “Sözə xor baxmaq olmaz; hər bir söz ərşdən gəlib hədiyyə bizəİlahi feyzdən bir xəzinədir söz”, “Söz yaradanın mədhi-sənası, nəğməsidirdeyirdi Ağacəfərin sevdiyi, başdan-ayağa əzbər bildiyi dahi Füzuli.

 

Ağacəfər Füzulinin Məhəmməd əleyhissəlama həsr etdiyiSuqəsidəsini çox sevir təbii ki, əzbərdən deyir. bəlkə elə buna görə onun poetik obrazlarının içindəSuxüsusi yer tutur.

 

 

Atlantik okeanında atılıb-düşən,

 

Sakit okeanda sakit uyuyan

 

Mülayim, səbrli su!

 

Mənzilin haradır

 

Son mənzilin?

 

Adamı təşvişə salır sönməzliyin,

 

Dönməzliyin.

 

     (“Sönməz su”)

 

 

Şairin poetik etiraflarından biri belədi: “Dolu ürəyim başqadı, dolmuş gözüm başqa”. Onun 90- illərin sonunda çap olunmuş kitablarından isə biri belə adlanırdı: “Ürəyim döyünürqapım döyülür”. Belə paralel psixologizmlərdolu ürəkdolmuş göz; döyünən ürəkdöyülən qapı Ağacəfərin şeirlərində qoşa addımlayan məntiqi-fəlsəfi obrazlar kimi poeziyanın canlı ritmini əks etdirir:

 

 

Cığır sarmaşır yola

 

Qarmaqarışıq yola.

 

Çıxır sarmaşıq yola

 

Piyada rizdən ötrü.

 

 

Eləcə Ötrüşeirinin sonrakı bəndində daşım, savaşım, bağrımın başı kimi deyimlər alletrasiya yaradaraq şeirin özünəməxsus ahəngini təmin edir.

 

Ağacəfərin şeirləri ovqat poeziyasıdır, o yaşadığı ovqatın lirik poeziyasını yaradır. Bu isə şeirləri daha da görüntülü edir. “Yad məmləkətşeiri belə başlanır:

 

 

Yad məmləkətdə

 

ayağı bərk basa bilmirəm torpağa,

 

ayaqqabı dabanını sıxır.

 

Öyrəşmədiyim nəfəslərdən

 

nəfəsim tıncıxır.

 

Yad torpaqda

 

itlərin zingiltisi,

 

kilsə zənglərinin cingiltisi,

 

yaxşı heç vəd eləmir.

 

Hardasa bir keşişin

 

zəhrimar yağan sifətindən

 

müsəlman məscidi üşüyür.

 

 

İlk baxışdan uyğunsuz görünən bu zahiri detallar əslində şairin içini obrazlaşdırır, içindəki ovqatı çəkib çölə çıxarır: “ayağını bərk basa bilmirsən torpağa” – yadlıq, özgəlik bu obrazda yaxşı tapılıb. Bu uyğunsuzluqda semiotik bir vəhdət var: it zingiltisi, kilsə zənginin cingiltisi! – çox uzaq birləşmələr, poetik tamamlamalardır. Fəqət şairməni bunların hər ikisində qabarıq görünür, ön plandadır. Ağacəfərin şeirlərindəüzünə tər gələn, adamsayağı nəfəs dərən... Vaxt başını aşağı salıb işini görür”. Bu davaxtın obrazıdır. O konkret bir şairinüstünə şığıyanvaxtın lirik, bədii-fəlsəfi obrazıdır.

 

Ağacəfər bir şair kimi XX əsrin önlərindən başlanıb gələn, fəqət orta çağlar poeziyasında güclü ənənələri olan fəlsəfi-intellektual poeziya təmayülünə mənsubdur. XX əsr şeirimizdə iki başlıca istiqamət müəyyənləşdirmək olar: o başında S.Vurğun M.Müşfiq dayanan lirik-romantik istiqamət; 2.R.Rzanın rəhbərlik etdiyi fəlsəfi-intellektual istiqamət. Ağacəfər ikinci istiqamətin nümayəndəsidir. B.Vahabzadə, Ə.Kərim, M.Araz, F.Qoca, Ə.Salahzadə, R.Rövşən bu istiqamətin aparıcı nümayəndələridir. Tarixən poeziyanı məşğul etmiş cahan, insan, zaman münasibətləri Ağacəfərin şeirlərində önəmli yer tutur:

 

 

Sənə güvəndiyim dünya

 

Səni qədərincə sevdim,

 

Səni kədərimcə sevdim.

 

Bəslədim, qoydum göz üstə

 

Sonra qayğımı artırdın.

 

Qayığımı suda batırdın

 

Səni sevməyə vaxtım olmadı,

 

Həvəsim qalmadı.

 

 

Şairin cahana münasibəti belədir. Bəs bu münasibətin sahibi, o özü kimdir?:

 

 

Ümidsiz qaytardı qapıdan,

 

dəfn etdim vəzifəli dostumu

 

diriykən ürəyimdə.

 

Hansı yaddaşdasa ismim hallanır,

 

cismim başdan-ayağa

 

dost məzarlığı.

 

Özüm sağkən ölmüşəm,

 

yerdən götürənim yoxdur.

 

 

Mədəniyyətin bütün sahələri kimi poeziya da bu gün dünyada ən möhtəşəm tarixi proses olan qloballaşma ilə üz-üzə dayanıb. Əslində qloballaşma mədəniyyətlərin inteqrasiyası adı altında milli müəyyənliyə zərbələr vurur. Dünyanı dərk üçün yeni problemlər onlara bab bədii idrak müstəviləri təklif edən bu proses şeirimizin, o cümlədən , Lerikdən əlində diplomat çanta ilə Bakıya gəlib, oradan da dünyanın müxtəlif paytaxtlarına keçərək dünyanı aldatmaq istəyən, dünya ilə cəngi-cidalda olan 60 yaşlı Ağacəfərin şeirlərinə təsirsiz qalmayıb. Çünki o, müasirliklə nəfəs alır, dünyanın poetik mənzərəsini ikiqat büküb həmişə cibində gəzdirdiyi ümumi dəftəri köçürməkdən yorulmur. O, ilhamını at kimi çapdırır, istedadını tıncıxana qədər yükləyir, sözə əlindən çıxmağa aman vermir. Ona görə şairin poeziyası coşğun ehtiraslıdır. “Ehtirassız dahiyanə heç yaradılmır!” – deyirdi böyük filosof Hegel. Ehtirasın bədii-poetik iradəsinə pafos deyilir. Pafos lirik şeirin gəlinlik paltarıdır...

 

Ağacəfər Həsənlinin bu il çap olunmuş şeirlər toplusuİlğımadlanır. Həqiqətən poeziya mənəviyyat ilğımıdır, ilğımlardan, ilğımabənzər aldanışlardan keçən ömrün poetik təcəssümüdür. Mənim fikrimcə, özünü asanca aldada bilən adam xoşbəxtdir. Adam özünü aldada bilməyəndə ömür tükənir.

 

Əziz dostum, qardaşım, yoldaşım Ağacəfərbir istedadlı şair ömrünün yükünü çəkərək gəlib 60-ın limanına daxil olur. Görəsən, qos-qoca gəmilər ona lövbər salmağa imkan verəcəkmi?!

 

 





05.05.2014    çap et  çap et