525.Az

Əli Əsədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb


 

Əli Əsədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 14-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava ilə görüşüb.

Nazirlər Kabinetindən 525.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, iqtisadi-ticari, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika, rəqəmsal transformasiya və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun əhəmiyyətinə toxunularaq tədbirdə aparılan müzakirələrin və imzalanan sənədlərin üç ölkə arasında iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

 





14.12.2021    çap et  çap et