525.Az

Türkiyədə bu gün koronavirusdan 181 nəfər ölüb


 

Türkiyədə bu gün koronavirusdan 181 nəfər ölüb<b style="color:red"></b>

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 181 nəfər ölüb.

525.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 358 117 nəfərin test edildiyi, 21 477 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 042 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 935 289 peyvənd tətbiq edilib ki, bunun 91,14 faizi birinci, 82,17 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

 





14.12.2021    çap et  çap et