525.Az

“Wizard Open 2021” beynəlxalq turnirinin iştirakçıları mükafatlandırılıb - Foto


 

“Wizard Open 2021” beynəlxalq turnirinin iştirakçıları mükafatlandırılıb -<b style="color:red"> Foto</b>

Ukrayna azərbaycanlıları radasının həmtəsisçisi, əməkdar bədən tərbiyəsi və idman xadim Oleq Krapivin Kievdə keçirilən “Wizard Open 2021” beynəlxalq kikboksinq turnirində uğurlu çıxış edən Azərbaycan təmsilçilərinin məşqçi və hakim heyətini qəbul edib.

525.az xəbər verir ki, UAR həmsədri bildirib ki Ukrayna, Türkiyə, Polşa, İsrail, Gürcüstan, Ermənistan, Belarus, Özbəkistan, Tacikistan, Moldova və Yunanıstan kikboksçuları ilə mübarizədə 11 qızıl, 3 gümüş, 5 bürünc qazan komandamız Azərbaycan idmançılarının və məşqçilərinin yüksək peşəkarlığını bir daha dünyaya göstərdi. Sərbəst güləş üzrə Azərbaycanın və SSRİ-nin əməkdar idman ustası Oleq Krapivin idmanda göstərdikləri uğurlu nəticələrə görə məşqçilər; Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş inspektoru, polkovnik-leytenant, “Ağ canavar” ləqəbli kikboksçu Eduard Məmmədovu, Cəmiyyətin məşqçisi Hikmət Hacıyevi, “Sərhədçi” İdman Kompleksinin məşqçisi, mayor Fuad Zeynalovu, Müşfiq Hüseynlini, beynəlxalq dərəcəli hakim Aydın Ağabəyovu, kikboksinq üzrə dünya çempionu Əli Orucovu, yüksək təşkilatçılığa görə isə Ukrayna Milli Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimovu fəxri fərman və qiymətli hədiyyələrlə təbrik edib. Eyni zamanda ‘Bakiets’ güləş idman klubunun təsisçisi olan Krapivin klubun fəaliyyəti və uğurları barədə qonaqlara məlumat verib. 

Görüşdə çıxış edən Ukrayna azərbaycanlıları radasının baş katibi Ceyhun Məmmədov idmançılarımızı təbrik edərək onlara uğurlar arzulayıb. Sağlam gənclik güclü və qüdrətli ordunun, güclü dövlətin təməlidir deyən UAR baş katibi Azərbaycan idmanının diasporumuzun qürur mənbəyi olduqunu bildirib. 

Diaspor fəallarının da iştirak ettiyi görüşdən sonra idmançıların şərəfnə UAR həmtəsisçisi Oleq Krapivin tərəfindən ziyafət təşkil olunub. 

Medal qazanan azərbaycanlı idmançılar

 





14.12.2021    çap et  çap et