525.Az

Heydər Əliyev prospektində nəqliyyatın hərəhətində sıxlıq müşahidə olunur - Foto


 

Heydər Əliyev prospektində nəqliyyatın hərəhətində sıxlıq müşahidə olunur - <b style="color:red">Foto</b>

Heydər Əliyev prospekti şəhər istiqamətində kənar yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən 525.az-a verilən xəbərə görə, sıxlıqla əlaqədar bu yolla hərəkət edən 1, 13, 38, 184, M3 və M8 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalınada ləngimələr var. Hazırda qeyd edilən marşrut xətləri üzrə 20-ə yaxın avtobus sıxlıqda qalaraq gecikir.

Nəticədə Yusif Səfərov-”28 May” m/st-sı eləcə də Koroğlu Rəhimov küçəsi-“Gənclik” m/st-sı istiqamətlərindəki dayanacaqlarda sərnişin sıxlığı müşahidə edilir.

 





15.12.2021    çap et  çap et