525.Az

Daha 2 məktəbdə əyani dərslər bərpa olundu


 

Daha 2 məktəbdə əyani dərslər bərpa olundu<b style="color:red"></b>

Paytaxtdakı 45 və 178 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə 525.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - məlumatda qeyd edilir.

 





15.12.2021    çap et  çap et