525.Az

Hava necə olacaq?


 

Hava necə olacaq?<b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında mayın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
 
Bu barədə 525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 11-16, gündüz 23-28 isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 20-23 dərəcə isti olacağı gözlənilir.

 





05.05.2014    çap et  çap et