525.Az

“12 illik tədrisə keçid təhsilin daha sistemli təşkilinə imkan verəcək”


 

“12 illik tədrisə keçid təhsilin daha sistemli təşkilinə imkan verəcək”<b style="color:red"></b>

"Bu gün dünyanın əksər ölkələrində 12 illik tədris tətbiq olunub. Yəni biz dünyanın bir çox ölkələrində bu təcrübəni görürük. 12 illik təhsilə keçmək təklifini çox ciddi dəstəkləyirəm və hesab edirəm ki, bu addım atılmalıdır. Bu, həmçinin təhsili daha sistemli şəkildə təşkil etməyə imkan verəcək”.

Bunu 525.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Millət vəkili hesab edir ki, 12 illik tədrislə təhsil daha sistemli şəkilə keçəcək:

“Bu, eləcə də xarici ölkədə də bizim gənclərimizin təhsillərini davam etdirməsinə öz ciddi təsirini göstərəcək. Hesab edirəm ki, bu dəyişiklik önəmlidir, bu məsələyə getmək lazımdır və bu sistemlə dərs saatlarının artırılmasına imkan veriləcək. Bununla da beynəlxalq təcrübəyə keçmiş olacayıq və təhsillə bağlı bir sıra hallarda tələbələrimizin xarici ölkələrdə üzləşdiyi çətinliklərin həllinə öz müsbət təsirini göstərəcək".

Sevinc Qarayeva
 

 

 

 





15.12.2021    çap et  çap et