525.Az

Elşad İskəndərovu Səyyad Aran əvəzləyir


 

Elşad İskəndərovu Səyyad Aran əvəzləyir<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini Səyyad Aran icra edir.

Mayın 5-də “Media forum” saytına danışan birinci müavinin özü belə deyib: “Komitənin əsasnaməsinə görə sədrin səlahiyyətlərini müvəqqəti olaraq mən icra edirəm”.

Komitənin fəaliyyətinə gəldikdə, Səyyad Aran bildirib ki, heç bir problem yaranmayıb, hər kəs işi ilə məşğuldur: “Heç kəs işindən azad edilməyib. Hamı öz yerindədir. Bütün işlər də qaydasındadır”.

Mayın 2-də prezidentin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov tutduğu vəzifədən azad edilib.

 





05.05.2014    çap et  çap et